ANA SƏHİFƏ Blog Balans haqqında bilməli olduğunuz detallar
BLOG

Balans haqqında bilməli olduğunuz detallar

  • Yerləşdirildi: 17 Sentyabr 2017, 17:40
  • Xəbərlər
AdsGarden platformasında həm reklamçının, həm də yayınçının öz balansı var. Bunlar bir-birindən fərqlidir və hər birinə aid müəyyən detalları bilməyiniz vacibdir.

REKLAMÇI BALANSI

İstənilən reklamçı hər hansı kampaniyaya başlamaq istəyirsə, onun balansında müəyyən məbləğin olması şərtdir.

Reklamçının Balansı "0"-dırsa, deməli, öncə hər hansı plastik kartla balansına pul yükləməlidir.

Daha sonra reklam kapmpaniyaları yarada və ora balansını tam və qismən sərf edə bilər.

Hər Kampaniyanın isə öz BÜDCƏSİ olur. Bu budcə Balansdan artıq ola bilməz. Habelə reklamçı bir neçə kampaniya yaradıbsa, onların Toplam Büdcəsi də ümumi Balansdan çox ola bilməz.

Sistemə yüklənən Balans yalnız reklam kampaniyalarına xərclənə bilər, geri ödənilmir.

Yalnız müəyyən səbəblərdən AdsGarden Reklamçının reklam kampaniyalarını yayınlamaqdan imtina edirsə, bu halda virtual müqaviləyə xitam verilmiş sayılır və qalıq məbləğ 30 iş günü ərzində reklamçının kartına və ya hesabına geri qaytarılır.

YAYINÇI BALANSI

Yayınçının Balansının özü bir neçə hissəyə ayrılır.

- Təxmini Qazanc: bu, yayınçının günlük qazancları hesabına formalaşır və real-time olaraq onun şəxsi kabinetində öz əksini tapır.

- Təsdiqlənmiş Balans: bu balans hər ayın əvvəlində AdsGarden-in Yayınçıya ödəyəcəyi məbləğdir.
 
- Gözləyən balans: bu, yayınçının ötən ay əsasən xarici reklamlardan qazandığı təxmini məbləğdir, amma hələ təsdiqlənmə gözləyir. Bir ay ərzində təkrar və saxta kliklər hesablanıb çıxılır və yekun məbləğ Təsdiqlənmiş balansa əlavə edilir. Adətən yekun məbləğ ilə Gözləyən balans arasında fərq yaranır. Bu Fərq həmin sayt və ya saytlardan gedən təkrar, saxta və stimullaşdırıcı kliklərin sayından asılıdır. 

Təsdiqlənmiş Balansla Təxmini Qazanc (habelə Gözləyən balans) arasında yaranan fərqin izahı:

AdsGarden-də olan xarici reklamların (Google Adsense və s.) ödəmə metodu fərqlidir. Məsələn. Google hər ayın sonunda yekun nəticəni təkrar nəzərdən keçirir, saxta klikləri və qazancları silir. Bu baxımdan bzən Google-un hər sayta yazdığı yekun qazancla Təxmini qazanc arasında fərq yaranır. Təsdiqlənən məbləğ isə Adsgarden-ə +21 gün sonra ödənilir. AdsGarden isə öz növbəsində hər ayın əvvəlində. Nəticədə yayınçı bu məbləği +30 gün ödəmə metodu ilə əldə etmiş olur.

XÜSUSİ QEYD: Yayınçının hesabında davamlı olaraq saxta kliklər və ya buna bənzər qeyri-təbii müdaxilələr qeydə alınarsa, onun həmin ay üçün qazancları silinəcək. Növbəti belə hallarda isə həmin saytlar həm AdsGarden, həm də Google tərəfindən bloklana bilər.

ƏLAVƏ OLARAQ BUNA BAX: 




AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!