ANA SƏHİFƏ Blog Hansı reklamlara icazə verilmir?
BLOG

Hansı reklamlara icazə verilmir?

  • Yerləşdirildi: 19 Sentyabr 2017, 17:40
  • Xəbərlər
AdsGarden hər nə qədər avtomatlaşdırılmış sistem olsa da, yerləşdirilən reklamlar bütün anoloji sistemlərdə olduğu kimi, bizdə də təsdiqlənmə prosesindən keçir. Buna görə də bəzi hallarda reklamlar təsdiqdən keçməyə və ya artıq təsdiqlənmiş reklamın bir müddət sonra yayını dayandırıla bilər. Bunlara bir-bir aydınlıq gətirməyə çalışaq.

Hansı reklamlar təsdiqlənməyəcək?

- Texniki səbəblər:

1. Reklam CPC modeli ilə verilib, amma üzərində müştərinin tıklamasını əhəmiyyətli dərəcədə azaldan informasiyalar varsa;
    Məsələn, telefon nömrəsi (həmçinin qısa nömrələr), kampaniyanın əsas nüvəsini təşkil edən məlumatlar və sairə. Məsələn. bir taksi xidməti CPC modeli ilə yerləşdirdiyi reklama qısa         nömrəsini yerləşdiribsə, bu artıq əsas informasiyanın həmin baner vasitəsi ilə birbaşa ötürülməsi anlamına gəlir. Bu kimi reklamlar yalnız CPM modeli ilə qəbul ediləcək.

2. Reklam bannerinin keyfiyyəti və ölçüsü normal standartlara cavab vermirsə;

- Məzmunla bağlı səbəblər:

1. Reklam bannerində qanunla qadağan olunan hər hansı məzmun varsa;

2. Reklam banneri məzmunu qanunla qadağan olunan hər hansı sayta, linkə yönəlirsə;

3. Rəsmi strukturların (məhkəmə, prokurorluq və hüquq mühafizə strukturlarının) qərarı ilə.



AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!