ANA SƏHİFƏ Blog REKLAMÇI-nın yaddaş dəftəri
BLOG

REKLAMÇI-nın yaddaş dəftəri

  • Yerləşdirildi: 02 Avqust 2017, 19:38
  • Xəbərlər
REKLAMÇI-nın yaddaş dəftəri

NİYƏ ADSGARDEN?

AdsGarden Azərbaycanın ilk və ən böyük rəqəmsal reklam platformasıdır. Bu platforma ilə Azərbaycanda ilk dəfə yüzlərlə yayınçı və reklamverəni bir araya gətirdik. Yerli və xarici mütəxəssislər tərəfindən hazırlanan, 2 il boyunca təkmilləşdirilən və 2015-ci ildən uğurla sınaqdan keçirilən platformamızda siz də istər kiçik, istər böyük büdcələrlə effektiv nəticələr əldə edə bilərsiniz. Qlobal reklam şəbəkələri ilə müqayisədə sərfəli şərtlər təklif edən Adsgarden ilə yerli bazarda daha optimal və uğurlu kampaniyalar aparmağın mümkünküyünə siz də əmin olacaqsınız!

DƏRİN HƏDƏFLƏMƏ

Reklam kampaniyalarınızı yerləşdirərkən sizə ümumi auditoriyadan başqa, istəyinizə uyğun hədəf qrupları da təklif olunur. Reklamınızın konkret hansı kateqoriyalı saytlarda, hansı qurğularda (destkop, mobil, tablet), hansı mobil operator istifadəçilərində (Bakcell, Azercell, Azerfon) və hansı internet bağlantısında (3G, 4G və ya ADSL) görünməsini özünüz seçə bilirsiniz.

EFFEKTİVLİYƏ NƏZARƏT

AdsGarden platformasında siz reklamlarınızı CPM, CPC və ya CPA modeli ilə yerləşdirə, potensial müştərinizə ən qısa yolla çata bilərsiniz. Adsgarden bütün standart reklam ölçülərini dəstəkləməklə yanaşı, özünəməxsus həllər də təklif edir. Hər real klik - potensial müştəriniz, hər görüntü isə kampaniyanızın daha çox tanınması deməkdir. 

Şəxsi kabinetinizdən reklamlarınızın gerçək zamanlı (real-time) və istənilən vaxt aralığı üçün statistikası ilə tanış ola, kampaniyalarınızın effektivliyinə nəzarət edə bilərsiniz. Davam edən reklamlarınızı istənilən an redaktə edə, hədəf kütlənizi genişlədə və ya daralda, büdcənizi optimallaşdıra bilərsiniz. 

NECƏ REKLAM VERMƏLİ?

Adsagarden-də reklam vermək çox sadədir. Öncə qeydiyyatdan keçmək, daha sonra istənilən plastik Master və ya Visa kartla balans artırmaq lazımdır. 
Bundan sonra siz "Reklam yarat" bölməsinə daxil olaraq, uyğun qrafaları doldurub, balansınızdakı məbləğdən istənilən hissəni başladığınız kampaniyaya ayıra bilərsiniz.


AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!