ANA SƏHİFƏ Blog Rəqəmsal reklam bazarının həcmi açıqlandı
BLOG

Rəqəmsal reklam bazarının həcmi açıqlandı

  • Yerləşdirildi: 25 Oktyabr 2017, 14:22
  • Xəbərlər
"Juniper Research” şirkətinin analitikləri təxmin edirlər ki, yaxın 5 il ərzində rəqəmsal reklam bazarı ildə 18 faiz artacaq.

Lent.az xəbər verir ki, bu il qeyd edilən bazarın 184 milyard dollar olacağı proqnozlaşdırılır.

Əgər inkişafın qiymətləndirilməsi düzgün olarsa, 2022-ci ildə rəqəmsal reklamın satışı 420 milyard dollar olacaq. Bu məbləğ daşınar, mobil və masaüstü sistemlərin reklamlarını özündə birləşdirir, həmçinin yaşayış evlərindən kənar reklam displeylərini əks etdirir.

Analitiklər hesab edirlər ki, rəqəmsal reklam bazarının artımını hətta blokedici proqramlar da dayandıra bilməyəcək, baxmayaraq ki, onların təsiri hiss olunacaq dərəcədə olacaq. 2022-ci ildə onlar onlayn reklamın cəmi 10 faizini ələkdən keçirəcəklər. Eyni zamanda, süni intellekt texnologiyaları sayəsində reklam daha da məqsədyönlü olacaq və yorucu olmayacaq. 
AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!