ANA SƏHİFƏ Blog Təsdiqlənmiş balansı necə almaq olar?
BLOG

Təsdiqlənmiş balansı necə almaq olar?

  • Yerləşdirildi: 04 Oktyabr 2017, 15:09
  • Xəbərlər
AdsGarden platformasına qoşulan YAYINÇILAR hesabındakı Təsdiqlənmiş balansı hər ayın əvvəlində (1-10 tarixləri arasında) ala bilər.
Bunun üçün hansı addımları atmaq lazımdır?

1. Sayt hüquqi şəxsdirsə, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.

2. Sayt hüquqi şəxs deyilsə, sayt rəhbəri fiziki şəxs kimi vergi uçotuna dayanmalı, bank rekvizitlərini və VÖEN hesabını təqdim etməlidir.

3. Saytı təmsil edən şəxs vergi uçotunda deyilsə, o zaman qanunvericiliyə uyğun olaraq, onun balansına ödəmə mənbəyindən vergi tətbiq olunacaq (14%).

QEYD: Yığılan məbləği çıxarda bilməyiniz üçün Təsdiqlənmiş balans minimum 20 AZN olmalıdır.
AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!