ANA SƏHİFƏ Blog VİDEO REKLAM VERMƏK İSTƏYİRSƏN?
BLOG

VİDEO REKLAM VERMƏK İSTƏYİRSƏN?

  • Yerləşdirildi: 31 Dekabr 2017, 23:26
  • Xəbərlər
AdsGarden.com Reklam platforması müştərilərə ənənəvi reklam bannerləri ilə yanaşı bir çox fərqli reklam növləri də təqdim edir. Bunlardan biri də video reklamların yerləşdirilməsidir.

Bütün virtual platforma və sosial şəbəkələrdə video kontentlərin önə çıxdığı sirr deyil. İzləyicilər video materiallara daha tez reaksiya verir və yadda saxlayır. Artıq internet reklamçılığında da video reklamlar önəmli yer almağa başlayıb.

Hər zaman yeni texnoloji həllər təklif edən AdsGarden bu istiqamətdə də müştərilərinə bir neçə həll təklif edir.

VİDEO REKLAMLAR ÜÇÜN VERİLƏN STATİSTİKALAR:

- Hər sayt üzrə və ümumi göstərim sayı; 
- Kəsişən auditoriyalar;
- Videonu izləməyə başlayanların sayı;
- Kliklər;
- VTR faizi; 
- Videonun 0-25, 25-50, 50-75 və 75-100 faiz aralığında izlənmə statistikası.

VİDEO REKLAMLARIN FORMA VƏ QİYMƏTLƏRİ:
 
1. İnPage Video Reklamları

Son vaxtlar ən geniş yayılan video reklam növlərindən biri də İnPage Video reklamlarıdır. Bu reklamlar xəbər-kontentin içində açılır və birbaşa izləyicinin görmə bucağında yerləşir. Reklam izləyicinin görmə bucağına daxil olan kimi peyda olur və səsli işə düşür. Əgər izləyici səhifəni aşağı sürüşdürəcəksə, video səssiz rejimə keçir. Video tam izləndikdən sonra isə yox olur. Bu videolar hər izləyiciyə gün ərzində yalnız 1 dəfə göstərilir. İzləyici videonu izləmək, tam ekrana açmaq və tıklayaraq yönləndiriyiniz səhifəyə getmək imkanına malikdir. 

- Unik CPM = 6 AZN

2. 300x250 ölçülü bannerlərdə video

Sistemə qoşulan əksər saytlarda istifadə edilən və ən geniş yayılan 300x250 ölçüsündə videolarınız görünür, siz onun üzərində gəldiyinizdə video səslənməyə başlayır. İzləyici videonu izləmək, tam ekrana açmaq və tıklayaraq yönləndiriyiniz səhifəyə getmək imkanına malikdir. Videonun hansı saytda görünüb-görünməməsini özünüz idarə edə bilirsiniz.

- CPM = 1 AZN
- Unik CPM = 3 AZN

-  Rich Media - saytların ön hissəsində açılır, 580x400 ölçülü slotlarda

Saytların ön səhifəsində açılır, gün ərzində hər istifadəmiyə bir dəfə görünür və səsli işə düşür. İzləyici videonu izləmək, tam ekrana açmaq və tıklayaraq yönləndiriyiniz səhifəyə getmək imkanına malikdir.  Videonun 11 saniyədən çox olmaması tövsiyyə olunur. 
    
- Unik CPM = 6 AZN 

QEYD: Reklam agentlikləri və satış menecerləri üçün xüsusi endirimlər var.
Əlaqə: 050 243 00 99

AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!