ANA SƏHİFƏ Blog Xəbərlərinizi daha çox adama göstərin!
BLOG

Xəbərlərinizi daha çox adama göstərin!

  • Yerləşdirildi: 24 İyul 2017, 00:11
  • Xəbərlər

 

Bu gün xəbər portallarının əksəriyyəti yeni oxucu əldə etməyin yollarını axtarır.

İnternet məkanında minlərlə xəbər saytı var və hər gün də yeniləri yaranır. Onların arasından sıyrılmaq, tanınmaq xeyli çətinləşib.

Bir vaxtlar sosial şəbəkələr bu mənada işə yarayırdı. Hazırda isə durum xeyli çətinləşib. Sosial şəbəkələrdə organik erişim tarixi minimuma enib, xəbər saytlarının səhifələrinin üzv sayını təbii yolla artırmaq müşkülə çevrilib. Bu azmış kimi, ödənişli paylaşımların da effektivliyi əvvəlki kimi deyil. Həm qiymət bahalaşıb, həm də ödənişin qarşılığında təklif olunan erişim sayı aşağı düşüb. 

Bir çox ölkələrdə qlobal reklam və sosial şəbəkələrə milli alternativlər mövcuddur. Bu da internetdə reklam yerləşdirmək istəyən şirkətlər, xüsusən də xəbər saytları üçün əlavə imkanlar, yeni kanallar deməkdir. Məsələn, qonşu Rusiyada alternativlər xeyli çoxdur. Əksər hallarda alternativ platformalar qlobal şəbəkələrdən daha sərfəli qiymətlər təklif edir. 

Azərbaycanda isə vəziyyət başqadır. Şirkətlərin, xəbər saytlarının iki global şirkət arasında var-gəl etməkdən başqa seçimləri yoxdur.

Üstəlik, hər iki qlobal şirkət reklamverənə əlavə xərclərə səbəb olur. 

Google-da reklam yerləşdirmək daha incə və mürəkkəb proses olduğuna görə, bir çoxları bu işi biznesə çevirən şirkətlərlə əməkdaşlıq etmək zorunda qalır, onlara ciddi məbləğdə xidmət haqqı ödəyir. Həmçinin Facebook-da da SMM adı ilə əlavə xərclər yaranır. Üstəlik, hər iki qlobal şirkətə etdiyiniz ödənişlərdə 18 faizlik ƏDV məsələsi... Reklam qiymətləri də yetərincə yüksəkdir. Əlbəttə, biz bu qlobal şirkətlərin əhəmiyyəini və effektivliyini şübhə altına almaq fikrindən uzağıq. Mövzumuz, alternativlərin, müqayisə imkanlarının olmamasıdır.

AdsGarden Azərbaycan internet bazarında bu sahədə ilk avtomatlaşdırılmış platforma olaraq, yaranan boşluğu doldurmağa iddialıdır. Bizim platformada ənənəvi banner reklamlarından əlavə, birbaşa xəbər saytları üçün nəzərdə tutulmuş reklam formaları da mövcuddur.

Bu reklamların yerləşdirilməsi xeyli rahatdır və əlavə bacarıqlar tələb etmir. Üstəlik, bu reklamlar birbaşa aparıcı xəbər saytlarına yerləşdirildiyi üçün uyğun hədəf kütləsinə xitab edir.  Təklif olunan qiymətlər də qlobal şəbəkələrlə müqayisədə xeyli ucuzdur (CPM- 1000 göstərim, 15 qəpik) və istənilən büdcə ilə reklam kampaniyaları aparmaq mümkündür.

Aparılan testlər və əldə olunan nəticələr də effektivlik səviyyəsinin yüksək olduğunu göstərir. Məsələn, Facebook-da bir xəbərinizi 5 dollarlıq (ƏDV ilə birlikdə təxminən 10 manat) bir reklam kampaniyası açın. Sizə ümumi hədəf kütləsi olmaqla, minimum 5 min göstərik təklif edəcək. Bəxtiniz gətirsə, müxtəlif faktorların təsiri ilə bu, rəqəm 25 minə qədər yüksələ bilər. Bu isə çox nadir hallarda olur.

AdsGarden isə sizə 10 manat qarşılığında minimum 70 min göstərim təklif edəcək. Kampaniyalar sonucunda alınan nəticələri isə özünüz müqayisə edə bilərsiniz. 

AdsGarden olaraq xəbər saytları üçün yeni imkanlar və yeni reklam formaları yaratmağı da nəzərdə tutmuşuq. Tələbat artdıqca qiymətlərin əhəmiyyətli dərəcədə endirilməsi də mümkündür. 

Amma hətta indiki şərtlərlə belə testlərə başlaya bilərsiniz. 


 

AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!