ANA SƏHİFƏ Blog Yayınçı üçün yaddaş dəftəri
BLOG

Yayınçı üçün yaddaş dəftəri

  • Yerləşdirildi: 24 Avqust 2017, 00:06
  • Xəbərlər

 

NECƏ BAŞLAMALI?

Ölkənin əksər populyar saytları da daxil olmaqla, artıq 200-dən yuxarı internet portalı Adsgarden platformasından gəlir qazanır. Siz də hesab açıb sabit reklam kodlarını saytınızın uyğun yelərinə yerləşdirməklə davamlı gəlir mənbəyi əldə edəcəksiniz. Gəlirlərinizin səviyyəsi auditoriyanızın miqyasından, bannerlərin sayı və effektiv yerləşdirilməsindən birbaşa asılıdır.

Saytınız və yerləşdirdiyiniz bannerlər təsdiqləndikdən sonra görüntü (CPM) və ya tıklama (CPC) modeli ilə qazanmağa başlayacaqsınız. Hansı model ilə qazanmağınız sizin və reklamverənin tərcihindən asılı olaraq dəyişir. Yerli və xarici mütəxəssislər tərəfindən hazırlanmış avtomatlaşdırılmış sistemimiz sizin və reklamverənin seçimlərini uzlaşdıraraq, ən uyğun reklamları seçir və sizin daha çox qazanmağınızı təmin edir.

Məsələn, siz saytınıza reklam bloku yerləşdirərkən klik hesabı (CPC) qazanmağı tərcih edirsiniz. Bu, sizin saytda yalnız bu məntiqlə qazanacağınız anlamına gəlmir. AdsGarden sistemində CPC modulu ilə verilən reklam varsa, öncə tərcihinizə uyğun olaraq, onlar göstəriləcək. Onlar olmadığı təqdirdə isə, CPM və ya CPA modulu ilə yerləşdirilən reklam görünəcək. Yəni, sizin tərcihiniz hansı tip reklmlara üstünlük verdiyinizi göstərir və uyğun reklamlar olduqda ilk növbədə onlar göstəriləcək.

GƏLİRİMİ NECƏ GÖRÜM?

Şəxsi kabinetiniz vasitəsi ilə siz istənilən vaxt aralığı üçün gəlir və statistikanızı izləyə bilərsiniz. Hər bir reklam yerinin statistikasını da ayrıca analiz etmək, effektivliyini ölçmək imkanına sahibsiniz. Qazancınız Tamamlanmış və Gözləyən Balans olaraq iki hissəyə ayrılır. Tamamlanan Balansı hər ayın ilk yarısında avtomatik olaraq hesabınıza və ya kartınıza çəkə bilərsiniz. Vaxtında götürülməmiş balans, sizin hesabınızda qalır və növbəti ayın ödənişləri ilə birlikdə çəkmək hüququna maliksiniz. 

YAYINÇI BALANSI İLƏ REKLAM VERMƏK MÜMKÜNDÜRMÜ?

Bəzi Yayınçılar tez-tez soruşur: "Mən balansımdakı məbləği reklam vermək üçün istifadə edə bilərəmmi?" 
Əlbəttə, istifadə edə bilərsiniz. Bunun üçün şəxsi kabinetinizdə Tamamlanmış Balans hissəsində "Reklam Balansı Yarat" düyməsinə klikləyir, uyğun bildiyiniz məbləği ora köçürə bilərsiniz. Bundan sonra həmin məbləğ sizin Reklamçı balansına oturur və siz onu istədiyiniz şəkildə reklam kampaniyalarına xərcləyə bilərsiniz.


 

AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!