Ana səhifə FAQ'S
FAQS

AdsGarden platformasında reklam yerləşdirmək üçün nə etməliyəm?

AdsGarden platformasında reklam yerləşdirmək üçün öncə qeydiyyatdan keçir, sonra BALANS YÜKLƏ düyməsinə tıklayıb, istənilən bank kartı ilə balansınızı artırırsınız. Yalnız bundan sonra REKLAM YÜKLƏ düyməsini tıklayıb, yüklədiyiniz balansdan çox olmamaq şərti ilə istədiyiniz büdcə ilə reklam yarada, balansınızı tam və ya müxtəlif reklamlar yaratmaqla hissə-hissə xərcləyə bilərsiniz.
DİQQƏT! Reklam kampaniyası üçün yüklədiyiniz şəkillərlə (və ya hərəkətli bannerlər) seçdiyiniz reklam ölçüsü eyni olmalıdır. Əks halda, reklam onaylanmayacaq.
Əgər müxtəlif ölçülərdə bannerlər yerləşdirmək istəyirsinizsə, hər biri üçün yeni reklam kampaniyası yaratmalısınız.
Reklamınızın uyğunluğu yoxlanılıb təsdiqləndikdən sonra dərhal yayına başlayır. 

Ödəməni hansı formada etmək olar?

Qeydiyyatdan keçəndən sonra öncə minimum 10 AZN olmaqla balans yaradır, balansı plastik kart vasitəsi ilə artırır, daha sonra həmin məbləği istədiyiniz kimi reklam kampaniyalarında xərcləyirsiniz. Bundan əlavə, öncədən müqavilə bağlamaqla köçürmə və nağd ödəniş variantları da mümkündür.

Reklama başlamaq üçün minimum məbləğ nə qədər olmalıdır?

Reklama başlamaq üçün, mütləq balans yaratmağınız lazımdır. Minimum balans məbləği 10 manatdır.

Reklamların qiyməti necə hesablanır?

Reklamların qiyməti sizin secəyiniz formaya görə hesablanacaq. İstəyinizə uyğun olaraq, CTM (görüntüyə görə) və CTR (tıklamaya görə) reklamları seçə bilərsiniz. Bundan başqa, secəyiniz hədəf kütləsinin də qiymətə təsiri ola bilər.

Reklamlarımız harada görünəcək?

Reklamlarınız AdsGarden-ə qoşulmuş çoxsaylı internet saytlarında - sizin sifarişin məbləğinə uyğun olaraq, sistem tərəfindən avtomatik və ağıllı alqoritmlər tərəfindən göstəriləcək. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret kateqoruyalarda görünməsini də ayarlaya bilərsiniz.


AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!